Skip to main content

Posts

Showing posts from November, 2023

Azərbaycandakı rejimə qarşı mübarizə tarixinə adını yazdırmış igid qız Sevinc Vaqifqızı

 “Abzas”ın media direktoru Ülvi Həsənli həbs olunanda “Abzas”ın baş redaktoru Sevinc Vaqifqızı Avropada idi. O, dəqiq bilirdi ki, Abzasla bağlı bu qondarma işdə onun da adı hallanacaq və Bakıya qayıdandan sonra həbs olunacaq. Avropada qalmaq imkanı var idi. Sevinc xanımın 100% həbs riski qarşısında Avropada qalmasını hamı başa düşəcək və qiymətləndirəcəkdi. Lakin Sevinc Vaqifqızı repressiya maşınına qarşı çıxaraq şərə, tiranlığa meydan oxudu. O, təyyarəyə minib Bakıya uçdu. O, təyyarədə həbs edilib. Artıq jurnalist Sevinc Vaqifqızına qarşı cinayət işi açıldığı məlum olub. Rejim ona, həmçinin Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməyə hazırlaşır. İndi Azərbaycan öz tarixinin ən çətin dövrlərindən birini yaşayır. Rejim Qarabağın azad edilməsini xalqın müqavimətini qırmaq, onu tamamilə özünə tabe etmək üçün fürsətə çevirməyə çalışır. Onun korrupsiya və rüşvətxorluğunu ifşa edənlərdən, ölkəni yaxşılığa doğru dəyişmək istəyənlərdən qisas alır....

Britaniya şirkətinə niyə icazə verildi?

  Söyüdlü camaatının etirazından sonra fəaliyyəti dayandırılan qızıl mədəni yenidən fəaliyyətə başlayıb. Bu ilin iyun ayında Gədəbəyin Söyüdlü kənd əhalisi buradakı qızıl mədənindən axan tullantı suları üçün ikinci süni gölün salınmasına etiraz olaraq aksiya keçirib. Hökumət buna cavab olaraq kəndin giriş-çıxışını bağlayıb və etiraz edən yerli camaata işgəncə verib. Aksiyalar zamanı insanlar saxlanılıb və həbs edilib. Yerli camaatla polis arasında baş verən münaqişəyə münasibət bildirən Prezident İlham Əliyev deyib ki, kimsənin nazıyla oynamayacağıq:  "Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar". Rəsul Ə.

Azərbaycanda siyasətlə məşğul olmaq təhlükəlidir

  Bu yaxınlarda Azərbaycanda müxalif Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı həbs olunaraq 2 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi olaraq həbsə səbəb 20 gün əvvəl baş vermiş avtomobil qəzasıdır. Qəza nəticəsində ölən və yaralananların olmadığı bildirilir. Orxan Hacılının həbsindən sonra sosial şəbəkələrdə növbəti dəfə Azərbaycanda müxalifətçilərin, azad jurnalistlərin və fəalların susdurulması üçün onların ailə və yaxınlarının hədəfə alındığı barədə fikirlər yayılır. Bəzi sosial şəbəkə istifadəçiləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin qaynının həbsinin ondan qisas almaq məqsədi daşıdığını iddia edir. O, dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilərək 7,6 il müddətinə azadlıqdan məhrum edilib. Belə misallar çoxdur... Azərbaycanda siyasətlə məşğul olmaq, hakimiyyətin bu və ya digər qoluna iddialar irəli sürmək əslində təhlükəli fəaliyyət sahəsidir. Məsələnin daha çətin tərəfi odur ki, siyasi mübarizl...