İlham Əliyev rejiminin adam oğurluğu, kütləvi həbsləri, qanunsuz və absurd hücumları davam edir. İndi Azərbaycanda rejim çox sərt, qəddar və amansız olub. Bu onu göstərir ki, İlham Əliyev və onun quldurları öz gələcəklərinə əmin deyillər, qorxurlar. Hamını susdurmağa qərar veriblər. Bu şəkildə özlərini qorumağa çalışırlar. Jurnalistlərin kütləvi həbsindən sonra İlham Əliyev indi yenidən Azərbaycan Xalq Partiyasının üzvlərinin həbsi istiqamətində işlərə başlayıb. AXCP fəallarına qarşı bütün istiqamətlərdə hücumlar həyata keçirilib. AXCP Daşkəsən rayon təşkilatının sədri Sahib Məmmədzadə mülki geyimli və maskalı 4 nəfər tərəfindən vəhşicəsinə həbs edilərək naməlum istiqamətə aparılıb. Sahib Məmmədzadə qaçırılan zaman bacısı onunla birlikdə maşında olub. Sahib bəyin həbsini telefonuna yazdırmaq istəyən bacısının başına zərbələr endirilib, qolu burulub, telefonu əlindən alınıb. Cəbhəçi Saleh Rüstəmli əqidə yoldaşlarına maddi yardım göstərməkdə təqsirləndirilərək azadlıqdan məhru...