Skip to main content

Posts

Showing posts from February, 2024

Gəncədə istintaq təcridxanasında jurnalistə işgəncə verilib

Jurnalist Zaur Qəmbərovun Gəncədəki 2 saylı İstintaq Təcridxanasında işgəncələrə məruz qaldığı bildirilir. Bu barədə onun qardaşı, Gədəbəy rayonu, Arıqıran kənd sakini Elməddin Qəmbərov məlumat verib.  Onun sözlərinə görə, işgəncələr nəticəsində qardaşının vəziyyəti o qədər pisləşib ki, onu Bakıya - Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərmək məcburiyyətində qalıblar. Elməddin Qəmbərov bildirib ki, qardaşı fevralın 17-də Gəncədən Bakıya göndərilib. Bir həftə xəstəxanada qaldıqdan sonra fevralın 24-də Gəncə İstintaq Təcridxanasına qaytarılıb: “Dünən (fevralın 26-da) gedib onunla görüşdüm. Hadisədən 10 günə yaxın vaxt keçsə də, hələ xəsarət izləri var. Zaur deyir ki, bədənimə, böyrəklərimin üstünə təpiklə o qədər vurublar ki, hələ də aşağı əyilə bilmirəm. İnsanın əllərini qandallarıb, yerə yıxıb təpikləmək hara sığar? Əvvəl təcridxana rəisinin otağının qarşısında döyüblər. Orada kamera da var. Rəis müavini Şahin Əhmədov da döyənlər arasında olub. Sonra rəisin otağına salıblar...

Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib

Fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi il yarımdır ki, həbsdə olan “Xural TV” rəhbəri Əvəz Zeynallını 9 il müddətinə azadlıqdan məhrum edib. Ə.Zeynallı ilə birgə mühakimə olunan “Seda TV” internet kanalının idarəedicisi Elnur Şükürov da, 4 il müddətinə azadlıqdan məhrum edilib. E.Şükürov fevralın 23-də son sözünü deyib və bildirib ki, Ə.Zeynallının əleyhinə ifadə verməkdən imtina etdiyi üçün cəzalandırılıb. Onlar rüşvətxorluq, məmurun qərarına qanunsuz təsir göstərmək kimi əməllərdə təqsirli sayılsalar da, heç biri özünü təqsirli bilmir. Xatırladım ki, Ə.Zeynallı 2022-ci il sentyabrın 9-da həbs edilib. Ona qarşı ilk ittiham “Baku Steel Company” MMC polad zavodunun keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun həyat yoldaşından 20 min manat alması ilə bağlı olub. Daha sonra yeni ittihamlar səsləndirilib. Ə.Zeynallı özünü təqsirli bilmir, onu susdurmaq üçün siyasi sifarişlə həbs olunduğunu deyir. E.Şükürov 2022-ci il sentyabrın 13-dən istintaq təcridxanasındadır. “Xural TV”...

Putinin planı baş tutmadı

Bildiyiniz kimi, Aleksey Navalnı Rusiya tarixinin ən qətiyyətli, istedadlı və parlaq siyasətçilərindən biri olsa da, 2024-cü il fevralın 16-da vəfat edib. Rusiya rejimi onu ciddi təhlükə olaraq görürdü, Aleksey Navalnı öldürmək üçün illər əvvəl onu zəhərləmişdi. Onda Navalnı xilas ola bilmişdi. Navalnı öz xalqını xilas etmək üçün həyatını qurban verdi. Putin rejimi onu əymək, sındırmaq, satın ala bilmədi. O ölsə belə, amma o bir qalibdir. Bəs bu ölüm Rusiya üçün hansı nəticələrə səbəb oldu? Gəlin birlikdə nəzər salaq. İlk növbədə ondan başlayaq ki, Navalnının qətli Rusiya əhalisi arasında qorxu deyil, qəzəbi artırıb. Sərt repressiv şəraitə baxmayaraq, 10 min üzəri rusiyalı Navalnının xatirəsinə repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidələrə gül dəstələri gətirib, on minlərlə Rusiya vətəndaşı dövlətdən Aleksey Navalnının cəsədinin ailəsinə təhvil verilməsini tələb ediblər. Polis bu anım mərasimlərinin 400-dən çox iştirakçısını saxlayıb. ABŞ prezidenti Bayden Putini açıq şəkild...

Qəddar Azərbaycan rejimi zəbt edilməlidir

 Hakimiyyətini qorumaq üçün siyasi opponentlərini, rejim əleyhinə fikir bildirən insanları öldürüb həbsə atmağa hazır olan qəddar Azərbaycan rejimi iyrəncdir və zəbt edilməlidir.  Azərbaycanın həbsxanaları günahsız insanlarla doludur, rejim siyasi məhbusları, o cümlədən Qubad İbadoğlu və Tofiq Yaqublunu azad etməlidir.  Qubad müəllimin ağır xəstə olduğunu və həbsxana şəraitində onun həyatı üçün təhlükənin kifayət qədər real olduğunu hamı, o cümlədən hakimiyyət nümayəndələri çox gözəl bilir. Lakin İlham Əliyev, bilərəkdən bu saxta həbs müddətini davam etdirir.  63 yaşlı Tofiq bəy rejimin amansız işgəncələrinə məruz qalan dördüncü siyasi məhbus həyatını yaşayır. Hamı bilir ki, rejim Tofiq bəyə nifrət edir, ona qarşı düşmənçilik edir. Rejimin siyasi girovu olan siyasi məhbusların hər birinin həyatı üçün ciddi təhlükə var.  İlham Əliyev rejimi artıq məsuliyyət hissini itirib. Siyasi məhbuslar, o cümlədən Qubad İbadoğlu və Tofiq Yaqublu dərhal azad edilməlidir. ...

Saxta seçkilər və xəlvəti andiçmə

Tələsik keçirilən andiçmə mərasimi qəfil və saxta seçkiyə uyğun idi və çox təəssüf ki, İlham Əliyev yenidən and içdi.  İlham Əliyevin andiçmə mərasimindəki nitqindən aydın olur ki, Qarabağ və müharibə məsələsi hələ uzun müddət gündəmimizdə əsas məsələ olaraq qalacaq. Çünki müharibə və ya sülh vəziyyətinin mümkün qədər uzun müddət davam etməsi rejimin maraqlarına uyğundur. Çünki yeni müharibə ehtimalı ilə bağlı insanlara təzyiqlər İlham Əliyevin çörəyinə yağ çəkir.  İlham Əliyevin fikrincə, xalq yeni müharibənin başlamamasına şükür etməli, hakimiyyətdən hər hansı islahat, problemlərinin həllini tələb etməməlidir. Eyni zamanda, hakimiyyət beynəlxalq aləmə siqnal göndərir ki, onlar regionda yeni müharibə olmadığına görə minnətdar olmalı, demokratiya və insan haqları kimi Azərbaycana yad dəyərlərə hörmət tələb etməməlidirlər. Bu çıxışdan aydın olur ki, İlham Əliyev beynəlxalq “anti-Azərbaycan dairələri” ilə mübarizəni prioritet məsələyə çevirəcək. Axı Rusiya, Belarus və Şimali Kor...

Hakimiyyət Qubad İbadoğlunun həyatı ilə oynamaqda davam edir

Qubad bəyin vəkili Zibeydə Sadıqova həyəcan təbili çalaraq ictimaiyyətə məlumat verib.  Zibeydə xanımın yazdıqlarından məlum olur ki, artıq Qubad bəyin səhhəti ilə bağlı daha ciddi problemlər yaranıb. Onun qanında şəkərin miqdarı heç düşmür. Baxmayaraq ki, o, artıq iki yüksək dozalı dərman qəbul edir, gündə insulin vurur. Ürək döyüntülərini normallaşdırmaq üçün ayrıca dərmanlar da qəbul edir. Və buna baxmayaraq, nəbzi həmişə yüksək olur. Endokrinoloq Qubad İbadoğlunun 10 gün damarlarının yuyulması üçün sistem qəbul etməsinə qərar verib. Çünki şəkər səbəbiylə damarları tıxanıb. Lakin hakimiyyət Qubad İbadoğlunu qanunsuz həbs etməkdə davam edir. Vəziyyəti nə qədər pis olsa da, onu azad etmək haqqında düşünmür. Hakimiyyət Qubad bəyə qarşı qərəz və qəddarlığa son qoymalıdır, əks halda Qubad bəyin həyatı üçün böyük risk var. Azadlıq Qubad bəyin haqqıdır. Biz bütün siyasi məhbuslara azadlıq tələb edirik! Hökumət bu çirkin əməllərinin qarşısını almalıdır. Rəsul Ə.

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının üzvünün oğlu saxlanıb

  Fevralın 10-da Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Gənclər Təşkilatının üzvü Əyyub Çələbi 30 sutka inzibati həbs cəzasına məhkum edilib.  Bu barədə Əyyub Çələbinin atası Xəyyam Çələbi məlumat verib. Xəyyam Çələbi ADR Partiyası Səbail rayon təşkilatının sədridir.  Onun sözlərinə görə, oğlu Əyyub Çələbi mağazaya getmək üçün evdən çıxıb, lakin geri qayıtmayıb. Qonşuları bildiriblər ki, onu üç mülki geyimli şəxs aparıb. Sonda onun Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı məlum olub. Bundan başqa, Xəyyam Çələbi Əyyubun ürəyində qüsur olduğunu deyib.  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən də bildirilib ki, Əyyub Çələbi polis əməkdaşları tərəfindən saxlanılıb. Onun məhkəmənin qərarı ilə 30 sutka inzibati həbs edildiyi bildirilir. Amma işin təfərrüatlarını dəqiqləşdirmək mümkün olmayıb. Rəsul Ə.

Zorla seçiciləri səs verməyə gətirdirlər

Ölkədə məcburi seçkiyə gətirilmə prosesi gedir.  Bütün müəssisələrin rəhbərliyinə ciddi xəbərdarlıq edilib. Onlara “biz bilirik nə qədər işçiniz var, hamısı seçkiyə gəlməlidir, yoxsa başınız ağrıyacaq” kimi hədə-qorxu gəliblər. Şirkət rəhbərlikləri də bütün işçilərinə xəbərdarlıq edib. Hətta bəzi müəssisələrdə işçilərə özləri ilə şərf, papaq və eynək götürmələri tapşırılıb. Onlar bu əşyalardan “Karusel” əməliyyatı zamanı kamuflyaj üçün istifadə ediblər.  Məktəblərin 90 faizində valideynlərə, əsasən məzunların (9, 11-ci siniflər) valideynlərinə xəbərdarlıq edilib ki, “övladınızın buraxılış imtahanından keçməsini istəyirsinizsə, seçkiyə gəlin, əks halda övladlarınız problemlə üzləşəcək”.  Bir sözlə, hər yerdə təhdidlərə əl atmaqla seçki məntəqələrində kütləvi iştirak görüntüsü yaratmaq istəyirlər. İlham Əliyev hesab edir ki, bununla seçkiləri müşahidə edən dünya ölkələrini aldadacaq. İnsanları səs verməyə məcbur etdirir. Amma sonda topa bülletenlər və karusel əməliyyat...

Seçkiləri boykot ediblər

  Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri zamanı bəzi vətəndaşlar və fəallar seçkiləri boykot ediblər.  Bəzi seçki məntəqələrində bir sıra seçki bülletenlərində siyasi məhbuslara azadlıq şüarı yazılıb. Ölkə rəsmilərinin bu məlumatlara münasibəti aydın deyil. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri  qəbul etmirlər. Baxmayaraq ki, seçkilərdən əvvəl onlar özləri ölkədə təmizləmə işləri aparmışdılar. Onların yalanlarını və cinayətlərini ifşa edən bir çox jurnalist və fəal həbs edilib. Rəsul Ə.

Daha bir seçki saxtakarlığı

  Daha bir seçki saxtakarlığı.  65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9-cu məntəqəsində məntəqə üzvləri bir-bir seçki qutusuna yaxınlaşaraq topa bülletenləri qutunun içinə atırlar.  Bu tip insanlar illərdir bu işlə məşğuldurlar. Belə göstərişləri MSK-nın əməkdaşları verir. Və bununla da İlham Əliyevi prezident elan edirlər. Və xalqda uzun illərdir bunun əziyyətini çəkir.  Bu əməldə əli olan bir çox insan təhdidlərə və şantajlara məruz qalır. Onları işdən çıxarmaqla şantaj edirlər. Özləri və yaxınları barəsində tədbir görəcəkləri ilə hədələyirlər. Və bu üsul uzun illərdir qanunsuz prezident seçkilərində işləyir. Rəsul Ə.

Saxta seçkilər, saxta seçicilər

Saxta seçkilər, saxta seçicilər. 90 saylı Ağsu seçki dairəsinin 32 saylı məntəqəsində daha bir seçki pozuntusu qeydə alınıb. Bu dəfə seçici qutuya birdən çox bülleten atır. Təbii ki, onu dayandıran yoxdur. Çünki bu sxemdən uzun illərdir ki, Mərkəzi Seçki Komissiyası İlham Əliyevi saxta yollar ilə prezident etmək üçün istifadə edir. Rəsul Ə.  

Azərbaycanda keçirilən prezident seçkilərinin qısa icmalı

Builki prezident seçkiləri digər illərdə keçirilən prezident seçkilərindən heç nə ilə fərqlənmədi. Qanunsuzluqlar bir daha təkrarlandı.  Azərbaycanda prezident seçkilərini müşahidə edən bəzi müşahidəçilər seçki məntəqələrindən çıxarıldı. Karusel əməliyyatları həmişə olduğu kimi bu il də aktuallığını saxladı. Müstəqil müşahidəçilər ciddi təzyiq altında qaldılar. Saxta müşahidəçilər jurnalistlərə qarşı aqressiv davranırdılar. Məntəqə üzvləri növbə ilə qutuya yaxınlaşaraq bülletenləri topa ilə atırdılar. Və bir çox başqa pozuntular baş verdi. Bir sözlə, İlham Əliyev özünü qanunsuz olaraq yenidən prezident elan etmək üçün hər şeyi edir. Yaxın illərdə Azərbaycan xalqı yenə də bu saxtakar və korrupsioner hakimiyyətin əsarəti altında qalacaq. Rəsul Ə.

Fevralın 7-si Azərbaycanda prezident seçkiləri kimi deyil, xalqın heç kimi seçə bilməyəcəyi gün kimi tarixə düşəcək

  Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri rejimin saxtakarlığı nəticəsində növbəti dəfə İlham Əliyevin prezident olması ilə nəticələnəcək.  Bu diktator artıq heç kimdən qorxmur, narahat deyil. O, xalqı və bütövlükdə Azərbaycanı özünün şəxsi mülkü hesab edir. Onun prezident olacağına məmurlar, dövlət işçiləri, hətta seçkiyə namizədlər də əmindirlər.  Bu necə hökumətdir? Bu necə ölkədir? 2024-cü ildə Azərbaycanda diktatura hələ də yaşayır. Heç kim xalqın fikrini soruşmur. Xalqın gələcəyi heç kəsi maraqlandırmır. İlham Əliyev üçün əsas odur ki, Azərbaycana yenə də saxtakarlıqla rəhbərlik edib, talan etsin.  Bu ailə hakimiyyətin əllərindən düşməməsi üçün hər cür yola getməyə hazırdı. Saysız-hesabsız siyasi həbslər, siyasi fəallara işgəncə verilməsi buna əyani sübutdur.  Fevralın 7-si Azərbaycanda prezident seçkiləri kimi deyil, xalqın heç kimi seçə bilməyəcəyi gün kimi tarixə düşəcək. Azərbaycan xalqının rifahı, vəziyyəti daha da pisləşəcək.  Çünki dikt...