Azərbaycanda gənclərin səsi boğulur, işığı isə bir-bir söndürülür. Azadlıq anlayışı — bu gün ölkədə yalnız xatirələrdə qalan bir sözə çevrilib. Azad fikir, azad mətbuat, azad nəfəs — bunların hamısı indi qorxu, təzyiq və susqunluq divarları arxasındadır. Sözünü deməyə cəsarət tapan, ədalətsizliyə etiraz edən, xalqının səsini dünyaya çatdırmaq istəyən gənclər — məhz bu cəsarətlərinə görə həbs olunur. Bir həftə öncə jurnalist Fatimə Mövlamlı 25 yaşını həbsdə qarşıladı. 25 yaş — bir insanın ümidlərlə dolu, arzularla dolu dövrü. Amma Fatimə bu baharını azadlıqdan məhrum şəkildə keçirdi — yalnız bir səbəbdən: doğrunu söylədiyi və susmadığı üçün. Meydan TV işi çərçivəsində həbs edilən Fatimə Mövlamlı sosial ədalətsizlikləri, seçki saxtakarlıqlarını, polis zorakılığını işıqlandırdığı üçün hədəf seçilmişdi. O, bu ölkədə qorxusuz gəncliyin simvoluna çevrilmişdi — ta ki, onu susdurmaq qərarına gələnlərə qədər. Bu ölkədə ədalət anlayışı tərsinə çevrilib: günahsızlar zindanlarda, saxtakarlar v...
Azərbaycan polisinin amansızlığı və vətəndaşlara qarşı qəddarlığı artıq bütün dünya tərəfindən bilinir. Ölkəmizdəki polislərin davranışlarını nə ilə izah etmək olar? Onlar niyə belə quduz it kimi hərəkət edir, öz xalqına qarşı düşmən mövqeyi sərgiləyirlər? Heç ağır cinayətlərə görə ittiham olunan şəxslər belə bu cür rəftar görmür. Amma yoxsul vətəndaşlar sadəcə səsini çıxarıb ədalət tələb etdikdə, qarşısına acımasızlıq divarı çıxır. Xalqın səsini eşitdirmək və sözünü demək haqqı belə tanınmır. Hakimiyyətə öz iradəsini bildirən hər kəs dərhal polis tərəfindən dayandırılır, onlara qol-qıç sındırmaqla və güc tətbiq etməklə cavab verilir – və bu, polislər tərəfindən xüsusi bir həvəslə edilir. Bu amansızlıq nədən qaynaqlanır? Yazıq xalq sanki ağır bir günah törətmiş kimi cəzalanır, işgəncələrə məruz qalır. Bu vəhşicəsinə davranışa artıq kimsə “yetər” deməlidir. Ölkədə bu cür hadisələrin sayı günü-gündən artır. Vətəndaşlar artıq boğaza yığılıb. Yoxsul xalqın ən kiçik səhvinə görə onlara aman...